Azərbaycanlılar Türkiyədə qəzaya düşdü - 1 ölü, 4 yaralı - Video

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü - 1 ölü, 4 yaralı - Video
HADİSƏ 27 May 2025 11:48

Türkiyənin İğdır vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “İHA” agentliyinə istinadən xəbər verir ki, Azərbaycana məxsus dövlət qeydiyyat nişanı olan avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 5 nəfər azərbaycanlıdan biri həlak olub, digər dördü isə yaralanıb. 

Hadisə ilə bağlı araşdırma başaldılıb.