Havada iki helikopter toqquşdu

Havada iki helikopter toqquşdu
Gündəm 17 May 2025 17:25

Finlandiyanın Satakunta əyalətindəki “Eura” aerodromunun yaxınlığında havada iki helikopter toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Bildirilib ki, hər iki helikopter tapılıb, yanğınsöndürmə və xilasetmə işləri aparılır.

Mümkün itkilərin olub-olmaması barədə məlumat verilməyib.