Türkiyədə onlarla şagird dönərdən zəhərlənib

Türkiyədə onlarla şagird dönərdən zəhərlənib
HADİSƏ 16 May 2025 21:54

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.

Sitat.info "Haber Global”a istinadən xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.

Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.