Tələbə avtobusu aşdı - 15 nəfər yaralandı

Tələbə avtobusu aşdı - 15 nəfər yaralandı
HADİSƏ 15 May 2025 16:57

Türkiyənin Kayseri bölgəsində tələbə avtobusu aşıb.

Sitat.info xəbər verir ki, qəza nəticəsində 15 şagird xəsarət alıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və jandarma qrupları sövq edilib. Şagirdlərin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.