Gəncədə yaşayış binasında partlayış olub, ölən var

Gəncədə yaşayış binasında partlayış olub, ölən var
HADİSƏ 12 May 2025 13:27

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.