Şəmkirdə dərmandan zəhərlənən uşaq öldü

Şəmkirdə dərmandan zəhərlənən uşaq öldü
HADİSƏ 29 Aprel 2025 10:50

Şəmkirdə azyaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində baş verib.

2 yaşlı T. Tapdıqovun dərmandan zəhərlənərək həyatını itirdiyi bildirilir.

Məlumata görə, azyaşlı uşaq yaşadığı evdə vəfat edib.

Hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.