Bakıda maşın idman zalına girdi - Sürücü öldü

Bakıda maşın idman zalına girdi - Sürücü öldü
HADİSƏ 28 Aprel 2025 11:10

Bakıda ölümlə nəticələnən qəza baş verib.

 Hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.