Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
Dünya 26 Aprel 2025 13:00

Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər.

Sitat.info  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur.

İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.