İstanbulda daha bir zəlzələ oldu

İstanbulda daha bir zəlzələ oldu
HADİSƏ 25 Aprel 2025 23:10

İstanbulda növbəti zəlzələ hiss olunub.

 Bu haqda AFAD məlumat yayıb.

Məlumata görə, 4,3 maqnitudalı zəlzələ İstanbul və ətraf ərazilərdə hiss edilib. Təbii hadisə yerli vaxtla saat 20:33-də İstanbulun Böyükçekmece rayonunda qeydə alınıb. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar əhali arasında çaxnaşma yaradıb.

Dağıntı və təlafatın olmadığı bildirilir.