Hidayət millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək

Hidayət millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək
İdman 22 Aprel 2025 11:11

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub. 

“Sitat.info” xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.