Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu bağlandı
HADİSƏ 18 Aprel 2025 12:46

Quba-Xınalıq yolu bağlanıb.

Sitat.info APA-ya istiandən xəbər verir ki, güclü qar yağması səbəbindən 35-36-cı kilometrdən başlayaraq yolda hərəkət məhdudlaşıb.

Eyni zamanda yola müxtəlif yerlərdə qaya və daş parçaları tökülüb.

5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması istiqamətində tədbirlər görülür.