İranda təyyarə qəzası: Ölənlər var - VİDEO

İranda təyyarə qəzası: Ölənlər var - VİDEO
HADİSƏ 03 Fevral 2022 19:07

İranın şərqində təlim təyyarəsi qəzaya uğrayıb.

Yüngül mühərrikli nəqliyyat vasitəsinin yerə düşməsi nəticəsində iki nəfər ölüb.

Hadisə Xorasan-Rezavi əyalətinin Keşmar şəhəri yaxınlığında baş verib.

İnsidentin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.