Azərbaycanda vəzifəli şəxs yağışa görə öldü

Azərbaycanda vəzifəli şəxs yağışa görə öldü
HADİSƏ 17 Aprel 2025 11:25

Sabirabadda kişini elektrik cərəyanı vurub.

Sitat.info lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün Qaragüney kəndində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi “AzOil” yanacaqdoldurma məntəqəsində quyuya dolan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.