Birinci kurs tələbəsi özünü güllələdi

Birinci kurs tələbəsi özünü güllələdi
HADİSƏ 15 Aprel 2025 21:12

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Nihad Məmmədli vəfat edib.

“Sitat.info” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

Tələbənin vəfat səbəbi açıqlanmayıb.

Qeyd olunur ki, N.Məmmədli AzTU-nin informasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi olub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nihad Məmmədli intihar edib. O, yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evdə özünü güllələyib.