Sinif yoldaşını bıçaqlayan şəxs saxlanıldı

Sinif yoldaşını bıçaqlayan şəxs saxlanıldı
Gündəm 12 Aprel 2025 10:52

Gəncə şəhəri Cavad Xan qəsəbəsində sinif yoldaşına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, mübahisə zəminində şəhər sakini 34 yaşlı Rəşad Nəsrullayevə bıçaqla xəsarət yetirən Seymur İsmayılov saxlanılaraq istintaqa cəlb edilib.

R. Nəsrullayevin vəziyyətinin orta ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma davam edir.