Türkiyədə çökmə nəticəsində üç nəfər ölüb

Türkiyədə çökmə nəticəsində üç nəfər ölüb
HADİSƏ 03 Aprel 2025 23:13

Türkiyənin Şanlıurfa şəhərində kanalizasiya işləri zamanı baş vermiş çökmə nəticəsində üç nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, dağıntılar altından üç nəfərin cəsədi çıxarılıb.

Daha bir nəfər isə sağ tapılıb. Onun durumunun necə olduğu bəlli deyil.