Bakıda Yuri Borisovun meyiti tapıldı

Bakıda Yuri Borisovun meyiti tapıldı
HADİSƏ 31 Mart 2025 14:12

Bakıda evdən meyit tapılıb.

Sitat.info xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi ev 9 mənzil 4-də qeydə alınıb.

Həmin ünvanda 1965-ci il təvəllüdlü Yuri İvanoviç Borisovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.