Mingəçevirdə uşaq bağçasında yanğın oldu

Mingəçevirdə uşaq bağçasında yanğın oldu
HADİSƏ 27 Mart 2025 16:58

Mingəçevirdə istifadəsiz qalan bağçada yanğın baş verib.

Sitat.info xəbər verir ki, hadisə Mingəçevirdə yerləşən 8 saylı uşaq bağçasının istifadə olunmayan binasında qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası alovu ram edərək genişlənməsinin qarşısını alıblar.

Məlumat üçün bildirək ki, sözügedən ərazidəki bağça binasında son zamanlar tez-tez yanğın hadisəsi baş verir. Buna səbəb kimi ərazinin baxımsız olması əsas gətirilir.