Son dəqiqə! Ankarada FETÖ əməliyyatı
Ankara Baş Prokurorluğundan verilən açıqlamaya görə, FETÖ və PDY-nin Ankarada fəaliyyət göstərən dövlət qurumlarına qəbul imtahanlarına hazırlıq mərkəzlərində axtarış aparılan zaman 11 nəfər şübhəli nəzarətə alınıb.
Saxlanılanlardan 4-ü bölgə imamı, bir neçəsi tələbədir. Ankara şəhər Təhlükəsizlik İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən şübhəlilərin tutularaq Respublika Baş Prokurorluğuna təhvil verilməsi ilə bağlı əməliyyatlar davam edir.
Banu,
SİTAT.İNFO