İsveç Türkiyəyə nümayəndə heyəti göndərir

İsveç Türkiyəyə nümayəndə heyəti göndərir
Dünya 16 May 2022 10:21

İsveç NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Hüriyyət" qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət münasibət bildirməyib.