Rusiya bu çağırışı qəbul etməlidir - Ərdoğan

Rusiya bu çağırışı qəbul etməlidir - Ərdoğan
Gündəm 18 Mart 2025 19:24

 

Rusiya ABŞ-ın atəşkəs çağırışını qəbul etməlidir.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Aleksandr Stubb ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, müharibə ədalətli sülhlə başa çatmalıdır:

“Türkiyə bunun üçün səylərini davam etdirir”.

Dövlət başçısı, həmçinin qeyd edib ki, tərəflərdən birini təcrid etməklə ədalətli, uğurlu nəticəyə nail olmaq mümkün deyil.