"Koroğlu" stansiyasında sərnişin sıxlığı yarandı

\"Koroğlu\" stansiyasında sərnişin sıxlığı yarandı
HADİSƏ 17 Mart 2025 09:57

Bu gün Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub.

Sitat.info xəbər verir ki, bu barədə metropolitendən  bildirilib.

Bununla belə, qurum bəyan edib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.

"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir", - məlumatda qeyd olunub.