Bakının iki rayonunda silah-sursat aşkarlandı

Bakının iki rayonunda silah-sursat aşkarlandı
Gündəm 15 Mart 2025 15:00

 

Bakının Xəzər və Nəsimi rayonlarında silah-sursat aşkarlanıb.

Sitat.info Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.

Araşdırmalar aparılır.