Tramp da təsdiqlədi: İŞİD lideri məhv edildi
ABŞ Prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin zərərsizləşdirildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə D. Tramp "Truth Social” hesabında yazıb.
“Bu gün İraqda İŞİD-in fərari lideri öldürüldü. Cəsur hərbçilərimiz onu yorulmadan ovladılar. Əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib”, - ABŞ lideri qeyd edib.
Qeyd edək ki, ötən gün İraqın Baş naziri Məhəmməd əs-Sudani İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifainin öldürüldüyünü açıqlayıb.