Ordumuzun hərbi qulluqçusu vəfat etdi

Ordumuzun hərbi qulluqçusu vəfat etdi
HADİSƏ 01 Mart 2025 21:19

Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Faiq Akif oğlu Rüstəmovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!