"9 mayda bütün KTMT liderlərini Qələbə paradında gözləyirik" - KREML
Rusiya mayın 9-da keçiriləcək qələbə paradında bütün KTMT liderlərinin iştirakını gözləyir.
"Biz gözləyirik ki, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə KTMT ölkələrinin bütün liderləri, eləcə də milli hərbi kontingentlər mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə pParadında iştirak edəcək”, - diplomat qeyd edib.
O, Böyük Vətən Müharibəsində qələbə mövzusunun KTMT-yə üzv dövlətləri birləşdirdiyini vurğulayıb.
"Biz on milyonlarla vətəndaşımızın həyatına son qoyan, bəşəriyyət tarixindəki ən qanlı münaqişənin əsas səbəblərini təhrif etməyin və Sovet İttifaqı xalqlarının dünyanın nasizm əsarətindən azad edilməsində mühüm rolunu aşağılamanın yolverilməzliyi mövzusunda həmrəyik"- Ağasandyan qeyd edib.
Nigar,
Sitat.info