Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU

Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU
HADİSƏ 26 Fevral 2025 08:53

İndoneziyanın Molukka dənizinin sularında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Sitat.info  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 02:56-da qeydə alınan zəlzələnin episentri Sulavesi adasının şərq kənarında yerləşən Manado şəhərindən 121 km cənubda yerləşib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Episentrdə intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.