Hövsanda yük maşınından meyit tapıldı

Hövsanda yük maşınından meyit tapıldı
HADİSƏ 25 Fevral 2025 11:34

Suraxanı rayonu Hövsan qəsəbəsində yük maşınından meyit tapılıb.

Sitat.info  xəbər verir ki, kişi meyiti gecə saatlarında qəsəbə ərazisində “Qazel” markalı avtomobildə aşkarlanıb.

İlkin araşdırmalar nəticəsində vəfat edən şəxsin 1966-cı il təvəllüdlü C. Ələkbərov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.