Hərbçimiz vəfat etdi -Foto

Hərbçimiz vəfat etdi -Foto
HADİSƏ 24 Fevral 2025 15:08

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. 

Müdafiə Nazirliyindən Sitat.info-ya bildirilib ki, Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Qeyd edək ki, M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasını, 2024-cü ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitiribmiş.

O bu ilin yanvarında hərbi xidmətə yollanıbmış.

Allah rəhmət eləsin! /Qafqazinfo