Rusiyada hərbi hissədə partlayış: ölü və yaralılar var

Rusiyada hərbi hissədə partlayış: ölü və yaralılar var
HADİSƏ 12 May 2022 11:08

Rusiyanın Xabarovsk diyarının Amur rayonunun Teysin qəsəbəsində yerləşən hərbi hissədə partlayış baş verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, yaralananların sayı məlum deyil.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri araşdırılır.