Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ
KRİMİNAL 03 Fevral 2025 12:39

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

Direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb.

Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib./lent.az