Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir

Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir
SİYASƏT 03 Fevral 2025 08:56

Fevralın 3-də saat 10:00-dan 15:00-dək Ermənistanın Tavuş rayonunun İcevan icmasının Lusahovit qəsəbəsində “Hava həyəcanı” siqnalı işə düşəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın yerli administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu, “əhalinin məlumatlandırılması, sığınacaq və evakuasiya tədbirlərinin təşkili” mövzusunda təlimlə bağlıdır./Axar.az