Türkiyə ordusu İraq və Suriyada əməliyyat keçirib, 15 terrorçu öldürülüb

Türkiyə ordusu İraq və Suriyada əməliyyat keçirib, 15 terrorçu öldürülüb
HADİSƏ 28 Yanvar 2025 14:06

Türkiyə ordusu İraq və Suriyada terrorçulara qarşı əməliyyat keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində 2 PKK terrorçusu, Suriyanın şimalındakı "Fərat qalxanı" və "Sülh çeşməsi" bölgələrində isə 13 PKK/YPG terrorçusu məhv edilib.

Məlumatda bu istiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyi vurğulanıb.