Xaçmazda göldən kişi meyiti tapıldı

Xaçmazda göldən kişi meyiti tapıldı
HADİSƏ 25 Yanvar 2025 19:42

Xaçmazda göldən kişi meyiti tapılıb.

Sitat.info xəbər verir ki, cəsəd rayonun Yergüc kəndi yaxınlığındakı göldə aşkarlanıb.

Meyitin rayonun Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo