Tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanıldı - Foto, Video

Tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanıldı - Foto, Video
KRİMİNAL 23 Yanvar 2025 16:14

Sosial şəbəkələrdə tanınmış şəxslərə onların profillərində olan dostlarının adından müraciət edərək pul istənilməsi və bu yolla kibertalama əməllərinin törədilməsi barədə polisə çoxsaylı şikayətlər daxil olub. 


DİN-dən "Sitat.info" ya verilən məlumata görə, Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar. 


Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Sitat.info