Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi
SİYASƏT 21 Yanvar 2025 21:00

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

Sitat.info xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesablarında paylaşım edib.

"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!", - paylaşımda vurğulanır.