Tramp: ABŞ çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq

Tramp: ABŞ çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq
Dünya 20 Yanvar 2025 22:10

ABŞ-nin qızıl dövrü elə indi başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq.

"Report" xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.

Tramp ölkənin ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, - ABŞ lideri qeyd edib.