DYP avtomobili məktəbliləri vurdu, iki şagird öldü

DYP avtomobili məktəbliləri vurdu, iki şagird öldü
HADİSƏ 18 Yanvar 2025 15:00

 

İmişli rayonu ərazisində avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.