Rusiyadan Kiyevə raket hücumu: ölən və yaralananlar var

Rusiyadan Kiyevə raket hücumu: ölən və yaralananlar var
Dünya 18 Yanvar 2025 11:41

Rusiya ordusu Kiyevə ballistik raket hücumu həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Məlumata görə, səhər saatlarında Rusiya Kiyevə ballistik raket zərbəsi endirib.

Hücum nəticəsində 4 mülki şəxs ölüb, 3 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, Şevçenkovski rayonunda dağıntılar qeydə alınıb. Metronun “Lukyanovskaya” stansiyasına ziyan dəyib.