Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı
SİYASƏT 17 Yanvar 2025 19:12

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri yanvarın 17-də başa çatıb.

Sitat.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.