İranda təyyarə qəzası: Ölənlər var
İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında polis təlim təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, 3 ekipaj üzvü həlak olub.
Pilot və uçuş mühəndisi, Rəşt şəhəri yaxınlığında qəzaya uğrayan yüngül təlim təyyarəsində həyatını itirib.
Qəzaya səbəbin texniki nasazlıq olduğu bildirilsə də, təyyarənin modeli ilə bağlı məlumat paylaşılmayıb.