İran bayrağı Azərbaycan ərazisinə düşdü - Sərhədçilərimiz belə təhvil verdi -FOTO

İran bayrağı Azərbaycan ərazisinə düşdü - Sərhədçilərimiz belə təhvil verdi -FOTO
HADİSƏ 02 Fevral 2022 17:07

Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlanıb. Bu barədə DSX-dan məlumat verilib.

Qeyd olunub ki, İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətiriib, Azərbaycan və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb. 

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.