Laçındakı mövqelərimiz yenidən atəşə tutuldu

Laçındakı mövqelərimiz yenidən atəşə tutuldu
HADİSƏ 06 Yanvar 2025 15:59

Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən Sitat.info-ya verilən məlumatda bildirilib.

Qeyd edək ki, analoji hal ötən gün də qeydə alınıb.