Çində güclü yanğın: Çox sayda ölən və yaralanan var

Çində güclü yanğın: Çox sayda ölən və yaralanan var
Dünya 04 Yanvar 2025 16:00

Çinin Hebey əyalətinin Janqjiakou şəhərində yerləşən ərzaq bazarında güclü yanğın baş verib.

Bu barədə Sitat.info "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, alov qısa müddətdə ətrafa yayılıb və 1,5 saatdan sonra söndürülməsinə nail olunub.

Yanğın nəticəsində səkkiz nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil.