Türkiyədə ağır yol qəzası - 2 ölü, 18 yaralı
Türkiyənin Balıkesir şəhərində ağır yol qəzası baş verib.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Kepsut rayonunda mikroavtobusla avtomobil toqquşub.
Hadisə zamanı iki nəfər ölüb, 18-i yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.