"Qarabağ"ın "vuran ayağı" "Sevilya"ya keçir - Bu tarixə kimi...

\"Qarabağ\"ın \"vuran ayağı\" \"Sevilya\"ya keçir - Bu tarixə kimi...
İdman 28 Dekabr 2024 23:13

"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.


Sitat.info xəbər verir ki, bu barədə İspaniyanın "Ficherio" məlumat yayıb.

Bildirilib ki, artıq klublar arasında razılıq əldə olunub.

Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.

Qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla anlaşıb.

28 yaşlı forvardın komandanın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir./publika.az