Yelləncəkdə oynayan yeniyetmə faciəli şəkildə öldü

Yelləncəkdə oynayan yeniyetmə faciəli şəkildə öldü
HADİSƏ 27 Dekabr 2024 16:52

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. 

Sitat.info xəbər verir ki,  hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, Kazımabad kənd sakini, 14 yaşlı yeniyetmə qız yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.