İmişlidə istixana yanır

İmişlidə istixana yanır
HADİSƏ 25 Dekabr 2024 17:54

İmişli rayonunda yanğın hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın, Araz çayının kənarında yerləşən istixanada qeydə alınıb.

Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.