Cəlilabadda hoteldə baş verən yanğın söndürülüb

Cəlilabadda hoteldə baş verən yanğın söndürülüb
HADİSƏ 24 Dekabr 2024 16:30

Cəlilabadda oteldə baş verən yanğın söndürülüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərməyən ikimərtəbəli hotelin 2-ci mərtbəsində bir otaqda yanğın qeydə alınıb:

"Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb".