İranda avtobus qəzasında 10 nəfər ölüb

İranda avtobus qəzasında 10 nəfər ölüb
Dünya 21 Dekabr 2024 15:46

İranın Lorestan vilayətində avtobus dərəyə aşıb, ölən və yaralanalar var.

Sitat.info xəbər verir ki, bu barədə Lorestan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Avtobusun Andimeşk-Poldaxter yolunda dərəyə aşması nəticəsində ilkin məlumata görə, ən azı 10 nəfər ölüb.

Qeyd edilib ki, xilasetmə işləri hələ də davam edir. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı ehtimal olunur.